21-22 may 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin müdiri Vüsal Qasımlı VIII Astana iqtisadi forumunda (AİF) iştirak və çıxış etmək üçün Astana (Qazaxıstan) şəhərinə səfər edib. SAM-dan SİA-ya verilən xəbərə görə, forumda aktual iqtisadi problemlərin və imkanların, iqtisadi inkişafın möhkəmləndirilməsinə yardım tədbirlərinin müzakirəsi, dünya iqtisadiyyatının tərəqqisinə dair mühüm suallara aydınlıq gətirilməsi planlaşdırılır.
Əsas mövzusu "İnfrastruktur: iqtisadiyyatın sabit inkişafının drayveri" olan tədbirdə müasir şəraitdə sabit inkişafın mühüm amili kimi infrastrukturun modernləşdirilməsi və inkişafı məsələlərinin müzakirəsi nəzərdə tutulur.
V. Qasımlı Böyük İpək Yolunun perspektivləri və Asiya İnfrastruktur Sərmayə Bankının investisiya imkanları barədə məruzə edəcək. Eyni zamanda Vüsal Qasımlı Azərbaycanda nəqliyyat - loqistika sahəsində görülən işlər barədə de Astana Iqtisadi Forumunun iştirakçılarına məlumat verəcək.
Forumun işində də dünyanın 80-dən çox ölkəsinin siyasi, iqtisadi və biznes dairələrinin təqribən 3 min nümayəndəsinin iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB