“Azercell Telekom”dan yay aylarında səyahətə çıxmaq istəyənlər üçün yenilik
Azərbaycanın mobil operatoru "Azercell Telekom" MMC yay aylarında səyahətə çıxmaq istəyənlər üçün daha bir yenilik edib. Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, fakturasız xətt (SimSim) abunəçilərinə rouminq xidməti çərçivəsində istifadə etmək üçün 10 SMS hədiyyə olunur. Bunun üçün 8869 qısa nömrəsinə boş SMS göndərmək kifayətdir. Abunəçi heç bir əlavə xidmət haqqı ödəmədən "Azercell" tərəfindən bu hədiyyəyə sahib ola bilər. Kampaniya avqustun 31-dək davam edəcək. Rouminq xidmətini aktiv etmək üçün mobil telefonlardan *135*1#YES kodu yığılmalıdır.
Qeyd edək ki, "Azercell" vaxtaşırı rouminqdə olan abunəçiləri üçün endirim kampaniyaları həyata keçirir. Bu ildən isə fakturalı və fakturasız xətt abunəçiləri telefon mərkəzinə zəng etdikdə, ilk 5 dəqiqəni pulsuz danışırlar. "Azercell", həmçinin fakturalı xətt abunəçiləri üçün rouminq xidmətlərinin aktiv edilməsinə görə tələb olunan depoziti ləğv edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB