Vüqar Bayramov: “Prezidentin hadisəyə operativ reaksiya verməsi...” AÇIQLAMA

Vüqar Bayramov: “Prezidentin hadisəyə operativ reaksiya verməsi...” AÇIQLAMA

"Cənab Prezidentin bu gün hadisə yerində olması proseslərə birbaşa dəstək olduğunu nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, hadisədə zərərçəkən əlillik dərəcəsi almaq səviyyəsində əmək qabiliyyətini itirərsə, onlara xüsusi statuslar veriləcək: "Binəqədi rayonunda baş verən hadisə çox təəssüfedici haldır. Cənab Prezidentin hadisəyə operativ reaksiya verməsi və birbaşa hadisənin araşdırılması, məsələlərini nəzarətə götürməsi ölkədə baş verən hər bir hadisəyə diqqətlə yanaşdığından xəbər verir. Cənab Prezidentin dünən imzaladığı Sərəncamı və bu gün hadisə yerində olması, proseslərə birbaşa dövlət başçısının dəstəyinin olduğunu nümayiş etdirir. Sözsüz ki, dövlətin dəstəyi olduqca vacibdir və eyni zamanda həmin hadisədə zərərçəkmiş vətəndaşa, eləcə də, dünyasını itirmiş vətəndaşların ailələri üçün dəstək baxımından vacibdir. Dövlətin və bu prosesdə məsul olan şirkətin həmin ailələrə yardım etməsinə, xüsusən də sosial baxımdan onların sosial təminatına kömək etməsinə ehtiyac var. Odur ki, dövlətin rolu əhəmiyyətlidir və dövlət xüsusi rolunu göstərir. Hadisədə məsul olan şirkətin deyil, eyni zamanda digər şirkətlərin də prosesə müdaxilə etməsinə, kooperatif sosial məsuliyyət aspektindən zərərçəkənlərə bu və ya digər formada yardımlar etməsinə ehtiyac var. Həmin hadisədə əgər, zərər çəkən əlillik dərəcəsi almaq səviyyəsində əmək qabiliyyətini itirərsə, onlara xüsusi statuslar veriləcək. Onlar 1-ci, 2-ci və ya 3-cü dərəcəli əmək qabiliyyətini itirmiş və ya əlil statusu alacaq ki, bu da onların dövlət tərəfindən qarşılanmasına gətirib çıxaracaq. Birmənalı şəkildə dövlət həm mənəvi, həm sosial baxımdan prosesdə zərərçəkənlərə öz dəstəyini verir və davam etdirəcək. Sözsüz ki, kooperatif sosial məsuliyyət baxımından hər bir şirkətin və qurumun o prosesdə həmin hadisədən zərərçəkənlərin yanında olması olduqca vacibdir".

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə