“Bakı-2015”ə gələnlər peşman olmayacaq

“Bakı-2015”ə gələnlər peşman olmayacaq

Azərbaycanda baş tutacaq "Bakı-2015" ilk Avropa Oyunlarına görə paytaxtımızın bütün sahələrində ciddi hazırlıq işləri aparılır. Bakıda yerləşən əyləncə mərkəzləri də I Avropa Oyunları üçün xüsusi planlar hazırlayırlar. "Megafun" Əyləncə Mərkəzinin marketinq meneceri Nərgiz xanım SİA-ya açıqlamasında Azərbaycana təşrif buyuracaq qonaqlar və yerli sakinlərin istirahət etmələri üçün gücləndirilmiş iş rejimində çalışdıqlarını dilə gətirib: "Artıq hər kəsə bəllidir ki, "Bakı-2015" ilk Avropa Oyunları Azərbaycan üçün çox önəmlidir. Bizdə "Megafun" Əyləncə Mərkəzi olaraq gücləndirilmiş iş rejimi ilə çalışırıq. Əyləncə Mərkəzimizdə qonaqları və yerli sakinləri əyləndirmək üçün kifayət qədər oyunlarımız var. Turistlər burda rahat şəkildə əylənib, günlərini xoş keçirə bilərlər. Qiymətlərimiz də qonaqlarımızın üçün münasib olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə