Azərbaycanda qeyri-müntəzəm sərnişindaşımaları ilə məşğul olanlar da lisenziya almalı olacaq. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Onun sözlərinə görə, bu barədə "Avtomobil nəqliyyatı haqqında" qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb: "Bu qanuna əsasən 3 əsas istiqamətdə dəyişiklik edilməsi təklif olunur. Birincisi, avtovağzalların pasportlaşdırılması üçün müəyyən rüsumun ödənilməsi nəzərdə tutulub. Əvvəllər qanunda belə bir rüsumun ödənilməsi nəzərdə tutulmurdu. Lakin bu rüsumun həcmi qanunda əksini tapmayıb. Rüsumun həcmi barədə əlavə məlumat veriləcək. İkinci mühüm dəyişiklik isə qeyri-müntəzəm sərnişindaşımaları ilə məşğul olanların da lisenziya alması ilə bağlı olan məsələdir. Üçüncü dəyişiklik isə texniki-təminat məsələsinin lisenziyalaşdırılması və tənzimlənməsidir. Hazırda çoxlu texniki-təminat müsəssiləri var ki, onların lisenziyalaşdırılması da son nəticədə daşımaların təhlükəsizliyinin təminatına xidmət edir".
Xatırladaq ki, Milli Məclisin iqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında "Avtomobil nəqliyyatı haqqında" qanuna təklif olunan dəyişiklikliklər müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB