Avropa Oyunlarından sonra avtobusların hərəkəti üçün xüsusi zolaqlar ayrılacaq

Avropa Oyunlarından sonra avtobusların hərəkəti üçün xüsusi zolaqlar ayrılacaq

"I Avropa Oyunları zamanı gediş-gəlişi təmin etmək üçün yollarda salınan xüsusi hərəkət zolaqlarının yalnız bir qismi oyunlar zamanı fəliyyət göstərəcək". SİA-nın məlumatına görə, nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlər açıqlamasında deyib.

Onun sözlərinə görə, Nəqliyyat Nazirliyi oyunlardan sonra bu xətlərdən ictimai nəqliyyatın işində də tətbiq etməyi planlaşdırır: "Bu gün avtobuslardan çoxlu sayda, təxminən 1.5 milyon vətəndaş istifadə edir. Ona görə onların raahat şəkildə mənzil başına çatdırılması üçün bu zolaqların mühüm əhəmiyyəti olacaq".

M. Pənahov əlavə edib ki, I Avropa Oyunları zamanı gediş-gəlişi təmin etmək üçün yollarda salınan xüsusi hərəkət zolaqlarının bir qisminin istiqaməti dəyişdirilərək ictimai nəqliyyatın istifadəsinə veriləcək: "Çünki, Avropa Oyunları zamanı dayanacaqsız avtobuslardan istifadə olunacaq. Ona görə də onların hərəkəti zolağı yolun orta oxuna yaxın çəkilib. Amma biz avtobuslar üçün hərəkət zolağını yolun sağ zolağı ilə çəkəcəyik. Çünki, avtobuslar dayanacaqlarda dayanmalıdır".

Fövqəladə hallar zamanı xüsusi nəqliyyat vasitələrinin istifadəsi üçün belə xüsusi zolaqlar ayrılacaqmı sualına isə nazir müavini belə cavab verib: "Bu məsələ qanunvericiliklə də nəzərdə tutulub ki, xüsusi nəqliyyat vasitələrinin hərəkəti üçün hər kəs şərait yaratmalıdır. Ona görə də xüsusi nəqliyyat vasitələrinin hərəkəti üçün yollarda xüsusi zolaqların çəkilməsi planlaşdırılmır".

Bütün xəbərlər Facebook səhifəmizdə