Taksi fəaliyyəti ilə məşğul olanlara Bakı-2015 qadağası

Taksi fəaliyyəti ilə məşğul olanlara Bakı-2015 qadağası

"İyunun 1-dən qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan rayon taksilərinin Bakı şəhərinə daxil olmasına imkan verilməyəcək". Bunu jurnalistlərə Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, rayonlardan şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə gələnlər üçün isə şəhər kənarında xüsusi dayanacaqlar hazırlanıb: "Belə vətəndaşlarımız öz şəxsi avtomobillərini xüsusi mühafizə olunan bu dayanacaqlarda saxlayaraq təşkil olunmuş avtobuslarla və ya taksilərlə şəhərə daxil ola bilərlər. Bu addım I Avropa Oyunları zamanı paytaxtda nəqliyyat axınının sayının azaldılmasına yönəlib".

M. Pənahov qeyd edib ki, bu qayda I Avropa Oyunları üçün atılan müvəqqəti addımdır.

Ləğv olunan avtobuş marşurutları ilə bağlı məsələyə toxunan nazir müavini deyib ki, bu addım vətəndaşların daha rahat mənzil başına şatdırılması üçün atılıb: "Hazırda avtobus marşurutlarında təkmilləşmə gedir. Yəni, bir-birini təkrarlayan marşurutlar ləğv edilir. Eyni zamanda I Avropa Oyunları zamanı izləyicilərin idman arenalarına daha rahat çatdırılması üçün ekspress marşurutlar yaradılıb. Bu isə idman yarışlarını izləmək üçün ekspress marşurutlardan istifadə pulsuz olacaq. Ona görə də bu istiqamətdə hərəkət edən avtobus xətlərinin olmasına ehtiyac yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə