Çexiya Respublikasının Xarici İşlər Nazirinin birinci müavini Petr Drulak 19-20 may 2015-ci il tarixlərində XİN-lərarası məsləhətləşmələrin keçirilməsi məqsədilə Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) qonağı olub. SAM-dan SİA-ya verilən xəbərə görə, Çexiya Respublikasının Xarici İşlər Nazirinin birinci müavini Petr Drulak və Çexiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka SAM-ın direktoru Fərhad Məmmədov və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Kamal Makili-Əliyevlə görüşüblər. Görüşün əvvəlində Fərhad Məmmədov SAM-ın fəaliyyəti və ölkədəki siyasi - iqtisadi vəziyyət barədə ümumi məlumat verib.
Görüş zamanı Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Avropa İttifaqının münaqişəyə dair mövqeyi, həmçinin qlobal çağırışlara uyğun strategiyanın seçilməsi məsələlərinə toxunulub, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB