Ümumdünya Metrologiya gününə həsr olunan beynəlxalq seminar keçirilir
Bu gün Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Metrologiya gününə həsr edilmiş "Ölçmələr və İşıq" adlı beynəlxalq seminar keçirilir. SİA-nın məlumatına görə, seminarı giriş nitqi ilə Komitənin Aparat rəhbəri Elçin Quliyev açıb. Müasir dövrdə metrologiyanın – ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında rolunun böyük olduğunu qeyd edib.
Onun sözlərinə görə müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri – səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, ən yeni elm həcmli texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. E. Quliyev bildirib ki, müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi bu gün Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir: "Ölkəmizin metrologiya sahəsində əldə etdiyi uğurlardan danışan Aparat rəhbəri Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 13 iyun 2013-cü ildə təsdiq olunmuş "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunu haqqında, qısa müddət ərzində qurulmuş infrastruktur və Komitənin bu sahədə mövcud olan əsas beynəlxalq təşkilatlara üzvlüyündən bəhs edib. Bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 1 yanvar 2015-ci ildən Çəkilər bə Ölçülər üzrə Baş Konfrans (CGPM) və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata (OİML) üzv olub".
Hazırda isə digər nümayəndələr çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB