4 rayon qazsız qalacaq DİQQƏT

4 rayon qazsız qalacaq DİQQƏT

Bu gün 4 rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, yeni çəkilmiş qaz xətlərinin üzərində qaz tənzimləyici qurğuların quraşdırılması və çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 9:00-dan 18:00-dək Nərimanov rayonunun bir hissəsinə, Xətai rayonunun Məhəmməd Hadi və ona paralel küçələrin bir hissəsinə, Sabunçu rayonunun Sabunçu qəsəbəsinin bir hissəsinə və Xəzər rayonunun Xaşa-Xuna bağ massivinə, Qala qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə