Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Qubada bir günlük səfərdə olub. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, səfir Qubanın Qamqam kəndinə gedib.
Qubanın 35 km aralı Qamqam kəndinə gələn səfir çay üzərində yol keçidlərinin tamamlanması, yerli icmalara problemi həll etmək və həyat şəraitlərini yaxşılaşdırmaq üçün çalışdıqlarını bildirib.
Səfir müsahibəsində bildirib ki, yol üzərindəki keçidlərin problemlərini həll etmək müsbət haldır. Çünki hamı bu yoldan rahatlıqla gedib-gələ bilir. Safir kəndlilərin həyat şəraitinin yaxşılaşdırılması üçün çalışdıqlarını bildirib.
Robert Sekuta Qubanın bir çox yeri ilə tanış olduqdan sonra Soyqırımı Memorial Kompleksini ziyarət edib. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının canlı nümunəsi olan, 2007-ci ildə təsadüfi qazıntı zamanı aşkar edilmiş kütləvi məzarlığa və həmin hadisələr zamanı qətlə yetirilmiş dinc insanların xatirəsinə salınmış Quba Soyqırım Memorial Xatirə Komleksinə də baş çəkib. Kompleksin eksponatları ilə tanış olan amerikalı səfir kütləvi məzarlığı jurnalistlərin iştirakı olmadan ziyarət edib, məzarlıqda olarkən çəkilişə icazə verməyib. Məzarlıqdan sonra o təəssuratını jurnalistlərlə bölüşüb. Jurnalistin: "Ermənilərin törətdiyi vəhşiliyə münasibətiniz necədir, cənab səfir", sualının cavabında Sekuta bunları deyib: "Qırmızı Qəsəbədə azərbaycanlılarla yəhudilərin birlikdə dostluq və sülh şəraitində yaşaması birgə yaşayışın uğuru nümunəsidir: Tarixdə digər nümunələr də var. Bu muzeylə tanışlıq bir daha göstərir ki, tarixi yaxından və diqqətlə öyrənmək lazımdır. Ondan ibrət dərsləri götürmək lazımdır ki, bir daha belə hallar baş verməsin".
Robert Sekuta muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB