Ekologiya və təbii sərvətlər naziri vətəndaşları qəbul edəcək
Hüseyn Bağırov Astaraya gedir

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mayın 29-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən bildiriblər ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları sakinlərinin müraciətləri, şikayət və təklifləri dinləniləcək, lazımi tədbirlər görüləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, ETSN-in 168 saylı "Qaynar xətt"i, həmçinin 1 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi (telefonlar: 050-683-21-48, 055-792-44-42, 025-25-53-5-09) ilə əlaqə saxlamaları xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə