“Azərbaycan hər zaman tolerantlığın hökm sürdüyü ölkə olub” AÇIQLAMA

“Azərbaycan hər zaman tolerantlığın hökm sürdüyü ölkə olub” AÇIQLAMA

"Azərbaycan hər zaman tolerantlığın hökm sürdüyü ölkə olub". Bu sözləri Səs TV-yə açıqlamasında yazıçı, kulturoloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, Azərbaycan artıq dünyanın intellektual, prioritet, analitik mərkəzlərindən birinə çevrilir.

"Son illər ölkəmizdə keçirilən beynəlxalq, qlobal səviyyəli tədbirlər bir daha sübut edir ki, Azərbaycan dünyanın prioritet, intellektual düşüncə mərkəzlərindən birinə çevrilib. Bu, Azərbaycan üçün çox önəmlidir. Mədəniyyətlər, sivilizasiyalar, dinlər arası münaqişələr son vaxtlar dünyada daha tez-tez baş verir ki, bu da dünyanın yalnız bir hissəsinə aid deyil, bütün dünyaya aiddir. Bu münaqişələrin qarşısını almaq üçün Azərbaycanın dünyaya nümunə olacaq multikultiralizmlə bağlı bir sıra layihə və tədbirləri var. Azərbaycan öz daxilində əsrlər boyu formalaşdırdığı dəyərləri dünyaya ixrac etməyə başlayır. Azərbaycan üçün bu çox önəmli bir hadisədir. Biz artıq 3-cü Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısıyıq. Azərbaycanda keçirilən sivilizasiyalar, mədəniyyətlərarası beynəlxalq tədbirlər, bundan əvvəlki və gələcəkdə həyata keçirmək üçün planlaşdırdığımız layihələr bir daha sübut edir ki, Azərbaycan artıq dünyada intellektual, prioritet, analitik mərkəzlərindən birinə çevrilir. Ona görə də bu tipli tədbirlərin keçirilməsində təşkilatçı kimi iştirak etməyimiz və eyni zamanda öz dəyərimizi artıq qlobal dəyərə çevirməyimizə haqq verir. Biz artıq bunu sübut etmişik. Odur ki, Azərbaycan hər zaman tolerantlığın hökm sürdüyü bir ölkə olub", - deyə kulturoloq bildirib.

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə