Bakı metrosunun "Gənclik" stansiyasının keçidlərində aparılan təmir işləri ilə əlaqədar 1-ci vestibülün bir giriş-çıxışı 2 günlük – 20-22 may tarixinə kimi müvəqqəti olaraq bağlanır. Bu barədə SİA-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Məlumata görə, bağlanacaq giriş-çıxış sadəcə İdman Akademiyası, yeni tikilən ticarət mərkəzi tərəfdən olacaq. Digər 3 giriş-çıxış isə açıq olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB