"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti Gəncə Regional Təchizat bazasında respublikanın müxtəlif bölgələrindən olan bir sıra fermerə traktorların paylanılmasını həyata keçirib. SİA-nın bölgə müxbiri məlumat verir ki, bu dəfə şəhid ailələri və xüsusi imtiyazlı təbəqədən olan kənd təsərrüfatı zəhmətkeşləri növbədənkənar texnika ilə təmin edilib. Ümumilikdə görüş zamanı 49 ədəd müxtəlif markalı MTZ traktoru sahibkarlara verilib.
"Aqrolizinq" ASC-nin sədri Elşən Məmmədov bu kimi tədbirləri ölkədə kənd təsərrüfatına göstərilən diqqət kimi qiymətləndirib. Cəmiyyət sədri traktorların əldə olunması üçün tətbiq olunan yeniliklərə də toxunub: "Fermerlərə satılan texnikaların dəyərinin 40 faizinin dövlət tərəfindən, qalan hissəsinin isə uzunmüddətli kreditlə ödənilməsi təmin olunur".
Qeyd edək ki, 2015-ci ildə təsərrüfatlara 600-ə yaxın yerli istehsal olan traktorlar və 200 ədəd müasir standartlara cavab verən kombaynlar verilib.


İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB