Bu gün Siyəzən rayonunda Beynəlxalq Ailə günü münasibətilə tədbir keçirilib. SİA-ya verilən məlumata görə, Mərkəzin direktoru Ramilə Seyidova çıxışını ulu öndər Heydər Əliyevin kəlamları ilə başlayaraq bildirdi ki, BMT Baş Məclisinin 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə əsasən, hər il mayın 15-i bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.Beynəlxalq Ailə Gününün keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı və sağlam həyat tərzinin təbliğidir. Dövlətin əsasını güclü və sağlam ailələr təşkil edir. Hazırda Azərbaycanda 2 milyon ailə vardır. Hər il orta hesabla ölkədə səksən mindən çox nikah qurulur. Bu ailələrin sağlamlığı, xoşbəxtliyi,rahatlığı üçün dövlət və cəmiyyət məsuliyyət daşıyır.Bu sahədə dövlətin güclü və təkmil qanunvericilik bazası mövcuddur.Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu ilin əvvəlində yarım milyondan çoxinsan dispanserləşmədən keçmişdir. Bu isə dövlətin, xüsusilə Azərbaycan Prezidentinin ailələrin sağlamlığına olan diqqət və qayğısının əyani sübutudur. Ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunur. Azərbaycan xalqının dərin ailə ənənələri mövcuddur. Cəmiyyətimizdə ailə həmişə müqəddəs sayılmışdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət ailə siyasətinin təməli qoyulmuşdur. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir.Tədbirdə həmçinin Şəhid ailələri və Qarabağ Müharibəsi Əlilləri İctimai Birliyinin nümayəndəsi çıxış edərək qeyd etdi ki, Beynəlxalq səviyyədə ailələrin özlərinə məxsus problemlərin bəzilərini Azərbaycan ailəsi də yaşayır. Ancaq, Azərbaycan ailəsinin başqa aktual sosial problemləri də vardır. Xüsusi ilə, erməni işğalından sonra 1 milyonadək qaçqın və məcburi köçkündən ibarət ailələrin mövcud sosial şəraiti, digər tərəfdən ölkədə yoxsulluq və işsizliyin olması, ailədə uşaqlara qarşı zorakılıq və uşaqlardan imtina, dövlət qayğısında olan uşaqların hələ dəinternat evlərində məskunlaşması, xüsusi qayğıya ehtiyacı olan uşaqlar ilə aparılan işin səviyyəsi, küçə uşaqları və onların reabilitasiyası ilə bağlı mövcud problemlər ümumilikdə Azərbaycan ailəsinin problemlərində sayıla bilər.Belə olan halda, ailələrin gücləndirilməsi dövlətin prioritet məsələsinə çevrilir. Nəzərə alsaq ki, Azərbaycanın 9 milyon insanı var və ailələrin sayı da çoxdur, o halda problemlərin olması təbiidir. Ancaq, problemlərin hələ də qalması və onların həllolunması istiqamətində qəbul edilmiş xüsusi ailə proqramlarının normalhəyata keçirilməməsi bəzən ailələrin dağılması və risk altına düşməsinə çox münbit şərait yaradır. Daha sonra Siyəzən rayon Mərkəzi Poliknikanın həkimi Ailə Məcəlləsinə edilən yeni dəyişiklik haqqqında geniş danışdı.Qeyd etdi ki, nikaha girən şəxslər dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz olaraq müayinədən keçəcəklər və bir-birinin səhhəti haqqında məlumat alacaqlar. Nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçdikdən sonra arayış alırlar. Daha sonra Siyəzən rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Vüsal Alışov və Siyəzən rayon 4 saylı orta məktəbin müəllimələri Azərbaycan ailəsinin özəlliklərindən geniş məruzə etdilər. Tədbirin sonunda film nümayiş olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB