Təhsil naziri Mikayıl Cabbarovun müəllimlərin yerdəyişməsi və işə qəbul qaydalarının təsdiqi ilə bağlı imzaladığı sərəncama əsasən, Gəncənin orta məktəblərində yeni kadrlara tələbatla bağlı aparılan araşdırmaların nəticələri bəlli olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, araşdırmalar göstərib ki, 21 orta məktəbdə rus və Azərbaycan bölmələrində 30 ixtisas üzrə pedaqoqa ehtiyac var. Artıq vakant yerlər barədə məlumatlar Təhsil Nazirliyinə göndərilib. Gəncədə müəllim kimi çalışmaq istəyən pedaqoqlar iyul ayında mərkəzləşdirilmiş qaydada keçiriləcək imtahanlarda iştirak edə bilərlər. Ümumilikdə hazırda Gəncənin orta məktəblərində 37 mindən artıq şagirdə 4 mindən çox pedaqoq dərs deyir.
"Gəncə şəhərində ibtidai sinif, fiziki tərbiyə, kimya, fizika, tarix və informatika ixtisasları üzrə kadrlara ehtiyac var. İyun ayının birində ölkə daxili müəllimlərin yerdəyişmələri mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçirlir. İyul ayının birindən isə sadalanan ixtisaslara müəllimlərin imtahanı aparılacaq" – deyə, Gəncə şəhər Təhsil İdarəsinin kadrlar üzrə mütəxəssisi İqbal Kərimov bildirib.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB