Nəsimi Paşayev: “Metro qatarının əyləc sistemində nasazlıq baş verib”
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Bakı metrosunda baş verən problemə aydınlıq gətirib. Metropoliten rəsmisi SİA-ya bildirib ki, 4 saylı marşrut üzrə hərəkət edən metro qatarı tunelə daxil olarkən texniki nasazlıq yaranıb: "Texniki nasazlıq qatarın əyləc sistemində baş verib. Nəticədə qatarın birinci vaqonu tuneldə qalıb. Ancaq digər vaqonlar stansiyada olduğu üçün qatardakı sərnişinlər boşaldılıb.
N. Paşayev qeyd edib ki, texniki problem aradan qaldırıldıqdan sonra qatar işə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB