Ölkəmizdə keçiriləcək "Bakı-2015" ilk Avropa Oyunlarına görə paytaxtımızda bütün sahələrdə ciddi hazırlıq işləri aparılır. Bakıda yerləşən ticarət mərkəzləri də I Avropa Oyunları üçün xüsusi proqram hazırlayıblar. "28 Mall" Ticarət Mərkəzinin marketinq meneceri Afaq Camalzadə SİA-ya açıqlamasında Azərbaycana təşrif buyuracaq qonaqların və yerli sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacağını bildirib: "Bakı 2015" Avropa Oyunları ilə bağlı "28 Mall"da yüksək hazırlıq prosesi gedir. Həmin ərəfədə maraqlı tədbirlər keçirməyi planlaşdırırıq. Mayın 28-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə "Bakı 2015"ə aid birgə layihəmiz olacaq. Layihə çərçivəsində I Avropa Oyunlarının simvollarının və loqosunun əks olunduğu xalçalar nümayiş olunacaq. Onu da qeyd edim ki, əcnəbi qonaqları və yerli əhalini qorumaq üçün təhlükəsizlik sistemi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Turistlərin və yerli sakinlərin rahatlığı üçün əlimizdən gələni edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB