Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Hərbi akademiyalar komandanı ordu generalı Abdullah Recepin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazir Kəmaləddin Heydərov qonaqları səmimiyyətlə salamlayaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər barədə ümumi məlumat verib. Nazir Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən yaradılmış Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəaliyyəti haqqında söhbət açıb, bu ali təhsil ocağı ilə Türkiyə Respublikasının müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Respublikasının Hərbi akademiyalar komandanı ordu generalı Abdullah Recep qardaş ölkənin müvafiq qurumlarının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə mövcud əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirib, xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması istiqamətində böyük imkanların mövcudluğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB