“Bakı-2015” hazırlıq işləri gedir

“Bakı-2015” hazırlıq işləri gedir

Azərbaycanda baş tutacaq "Bakı-2015" ilk Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin üz tutacağı əsas məkanlar otellər olacaq. Belə ki, turistlər Bakının görməli yerlərindən biri olan "Ambassador" otelinə gələ bilərlər. Sözügedən otelin Satış və Marketinq direktoru Ramin bəy SİA-ya açıqlaması zamanı qonaqları yüksək səviyyədə qarşılamağa hazır olduqlarını deyib: " "Bakı 2015" Avropa Oyunları ölkəmiz üçün çox önəmlidir. Buna görə də qonaqlarımızın rahatlığı üçün əlimizdən gələni edəcəyik. Belə ki, hazırda "Bakı 2015" Avropa Oyunları üçün otelimizdə hazırlıq işləri gedir. Otelimizdə beynəlxalq mətbəxtlə yanaşı, milli yeməklərimizdə olacaq. Turistlər Azərbaycan mətbəxi ilə də tanış olmaq fürsəti əldə edəcəklər. Mehmanxanamızda hələ də turistləri qarşılamağa boş yerlər var. Qonaqlarımızı və yerli əhalini mehmanxanamıza dəvət edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə