Quş qripinə qarşı monitorinq keçirilib

Quş qripinə qarşı monitorinq keçirilib

Respublika ərazisinə köçəri quşların miqrasiyası və Türkiyədə quş qripinin yayılmas riski nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən monitorinqlər keçirilir. Məqsəd virusun yayılmasının qarşısını almaq, eləcə də bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirməkdir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bununla əlaqədar Göygöl Rayon Baytarlıq İdarəsi həyətyanı təsərrüfatlarda mövcud quşlar arasında yoxlamaların aparılması, quşların yetişdirilməsi, kəsilməsi, daşınması və satışına dövlət nəzarəti daha da gücləndirib. Tədbirlər planına uyğun olaraq, baytar həkimlər quşların tam qapalı şəraitdə saxlanması, onların köçəri quşlarla təmasdan qorunması üçün fərdi təsərrüfatlarda maarifləndirici söhbətlər aparır. 2015-ci ilin tədbirlər planına uyğun olaraq, Göygöldə 540 min 661 ev quşu xəstəliklərə qarşı peyvənd edilib. Aparılan profilaktik tədbirlər nəticəsində rayon ərazisində epizootik vəziyyət sabit olaraq qalır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə