Gəncədə keçiriləcək "Karyerada ilk addım" - növbəti tələbə-məzun yarmarkalarının vaxtı məlum olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yarmarkalar mayın 19-da Azərbaycan Dövlət Aqrar Universitetində, 29-da Gəncə Dövlət Universitetində, iyunun 5-də isə Azərbaycan Texnologiya Universitetində keçiriləcək. Tələbə-məzun yarmarkaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunur. Məqsəd tələbə və məzunların əmək bazarına inteqrasiyasına yardım göstərmək, ali təhsil ocaqlarını bitirən və əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında əlaqə yaradılmasını təmin etməkdir. Yarmarkada Gəncə ilə yanaşı, ətraf 25 şəhər və rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələr 500-ə yaxın vakant iş yeri təklif edəcəklər.
Qeyd edək ki, bu il həmçinin oktyabr 15-də Gəncədə növbəti əmək yarmarkası da keçiriləcək.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB