Məcburi köçkünlər üçün 1500 ailəlik yeni qəsəbə salınacaq

Məcburi köçkünlər üçün 1500 ailəlik yeni qəsəbə salınacaq

Laçınlı məcburi köçkünlər üçün 1500 ailəlik yeni qəsəbə salınacaq. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Laçın rayon icra hakimiyyətinin Akif Səlimov mətbuata açıqlamasında bildirib ki, dövlət proqramı çərçivəsində məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması davam edir:"Bu il Dövlət proqramına uyğun olaraq laçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı Ağcabədi rayonun Taxtakörpü qəsəbəsində 1500 ailləlik yeni qəsəbə tikiləcək. Uzun illər qəsəbə ərazisində daxmalarda, torpaq evlərdə, ümumiyyətlə çətin şəraitdə məskunlaşan ailələr bu evlərə köçürüləcək. Bununla da rayon ərazisində mənzil problemi yaşayacaq ailə qalmayacaq".

Qeyd edək ki, Taxtakörpü qəsəbəsində laçından olan məcburi köçkünlər üçün 610 ailədən ibarət daha bri neçə qəsəbə tikiləcək.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə