Məişət zorakılığına kimlər məruz qalır? FOTOLAR

HDİM Şirvanda dəyirmi masa keçirib
Məişət zorakılığına kimlər məruz qalır?  FOTOLAR

Mayın 16-da Şirvan şəhərində Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai BirliyininAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məişət zorakılığına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi" layihəsi çərçivəsində "Məişət zorakılığını doğuran səbəblər" adlı dəyirmi masa keçirilib. Şəhər Gənclər və İdman İdarəsinin akt zalında baş tutan tədbirdə çıxış edən layihənin rəhbəri, HDİM sədri İlham Əliyev deyib ki, son zamanlar dünyada məişət zorakılığının artması ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, hətta qadın hüquqlarının qorunduğu, feminizm hərəkatının geniş yayıldığı inkişaf etmiş Qərb ölkələrində belə qadınlar və uşaqlar məişət zorakılığından əziyyət çəkirlər: "Statistik məlumatlara görə, Amerika Birləşmiş Ştatlarında gün ərzində 11 qadın döyülür. Qazaxıstanda gün ərzində hər 3 qadından biri fiziki təzyiqə məruz qalır. Zorakılıq edənlərin 80 faizi kişilərdir". Natiq qeyd edib ki, Şərqin müsəlman ölkələrində məşiət zorakılığını şərtləndirən əsas amillərdən biri mentalitetdəki "kişi ailənin rəisi, qadının ağasıdır, sahibidir" inancı, savadsızlıq və cəlahətin geniş yayılmasıdır: "Təcrübə göstərir ki, məişət zorakılığına məruz qalan qadınların əksəriyyəti savadsız, öz hüququnu bilməyən gənc qadınlardır".

Bəzən ailədə kişilərin də zorakılığıa məruz qaldığını vurğulayan Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Adəm Hüseynov qeyd edəb ki, ailəni təşkil edən tərəflər hüquqlarını bilməlidirlər: "İnsanın yaraşığına, xarici görünüşünə aldanmaq lazım deyil. Həyat yoldaşını seçəndə daxili aləminə, səviyyəsinə diqqət etməlisən ki, sonradan peşmançılıq yaranmasın. Ailə saf, səmimi hisslər üzərində qurulmalıdır. Tərəflər güzəştə meylli olmalıdır. Hər xırda narazılığı böyütmək lazım deyil. Xüsusən qızlar səbrli olsalar ailəni qorumaq mümkün olar". İctimai fəal Sevinc Səfərova ailələrin dağılmasına sosial probelmlərin səbəb olduğunu qeyd edib. Çıxış edənlər: Azər Quliyev, Talıb Nuriyev, Tural Məlikov qeyd ediblər ki, məişət zorakılığının, qadınlara qarşı şiddətin minimuma endirilməsi üçün maarifləndirici söhbətlər kifayət deyil. Bunun üçün kompleks tədbirlərə, valideynlərlə məktəbin, medianın, ictimai təşkilatların, hüquq müdafiəsi təşkilatlarının, eyni zamanda hüquq mühafizə orqanlarının əməkdaşlığına ehtiyac var. Valideynlər qız uşaqlarını oxutmağa, onlara ali təhsil verməyə çalışmalı, erkən nikahdan qaçmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə