Bu yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır

Bu yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır

Bakının Xətai rayonu Üzeyir Hacıbəyov küçəsi və Nəsimi rayonu Zərifə Əliyeva küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən SİA-ya verilən məlumata görə, qeyd olunan ərazidə tam məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən axşam saat 22:00-dan səhər saatlarınadək tətbiq ediləcək.

Sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə