Sabaha olan hava proqnozu

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi, axşam şimal küləyi ilə əvəz olunacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, havanın temperaturu gecə 11-15, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 12-17, gündüz 22-29, dağlıq və dağətəyi rayonlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə