BMT smartfonları qadağan edəcək ÖLÜM TƏHLÜKƏSİ

BMT smartfonları qadağan edəcək ÖLÜM TƏHLÜKƏSİ

Müxtəlif ölkələrdən olan 200 nəfərə qədər alim BMT-yə müraciət ünvanlayıb. SİA "International Business Times" nəşrinə istinadən xəbər verir ki, buna səbəb elektromqanit şüalanması və nəticədə ölümcül xəstəliyin yaranmasıdır.

Ekspertlərin apardıqları araşdırmalar da göstərir ki, planşet, noutbuk, smartfon istifadəçilərinin hər biri risk qrupuna aiddirlər. Bu kimi məhsulların istifadəsi qan hüceyrələrində hətta erkən ölüm hallarını da artırır. Belə ki, "Columbia University Medical Center" araşdırmalar mərkəzinin elektromaqnit şüalanmasının ölçülməsi üzrə eksperti Martin Blankın bildirdiyinə görə, qan hüceyrələri ilə yanaşı, şüalanma xərçəng xəstəliyinin də artmasına zəmin olur. Alimlər BMT-dən xahiş ediblər ki, adıçəkilən təşkilat bu kimi halların qarşısının alınması üçün dərhal hərəkətə keçməlidir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə