Gənclər arasında marrifləndirmə təlimlərinə start verilib FOTOLAR

Gənclər arasında marrifləndirmə təlimlərinə start verilib FOTOLAR

Azərbaycan Maarifçi Gənclər Təşkilatı Qaçqın və məcburi köçkün gənclər arasında narkomaniya və sağlam həyat tərzi ilə bağlı marrifləndirmə təlimlərinə start verib.

Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qaçqın və məcburi köçkün gənclər arasında narkomaniya və sağlam həyat tərzi ilə bağlı marrifləndirmə" adlı layihəninn icrasına başlayıb. SİA-nın verdiyi məlumata görə, layihənin əsas məqsədi qaçqın və məcburi köçkün gənclərdə onalrın unudulmaması fikrini və cəmiyyətə inteqrasiyasını aşılamaqdır. Bundan əlavə layihə çərçivəsində 200 nəfər gəncə narkomaniya və sağlam həyat tərzi barədə maarifləndirici təlimlər təşkil ediləcək.

Təlimdə Xırdalan şəhərində yerləşən Kəlbəcər rayon 20 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər. Təlimlər zamanı biologiya üzrə fəlsəfə doktoru Aygün Yusifova könüllü təlimçi kimi iştirak edib. Təlim zamanı "Ölümünü sifariş edənlər" sənədli filmi nümayiş olunub. Bu sənədli film də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilib. İştirakçılara maarifləndirici bukletlər paylanılıb. Təlimlər 5 gün davam edəcək. Layihənin sonunda Müstəqillik Günü ərəfəsində təlimlərdə fəallıq göstərən gənclər Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilliləri üçün Pansionatının sakinləri ilə birlikdə bayram şənliyi təşkil edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə