Bakı 2015 Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyasının üzvü, Zəngin Azərbaycan Uğrunda Mübarizə Təşkilatının sədri, Milli Qeyri Hökümət Təşkilatları forumunun təmsilçisi İradə Əliyevanın SİA-ya müsahibəsi
- İradə xanım, son günlər Avropa Oyunları ərəfəsində bəzi Qərb təşkilatları, siyasi dairələr tərəfindən edilən təzyiqlər və həmin təzyiqlər ətrafında baş verən manipulyasiyalalara Azərbaycanson günlər daha tez-tez rastlaşır. Sizcə, bu kimi hallar arxasında daha hansı məqamlar dayana bilər?
- Məqsəd məlumdur. Azərbaycan getdikcə inkişaf edir. Odur ki, düşmənlərimiz və bizim köklü düşmənimiz olan ermənilər, onların diasporaları, lobbiləri Qərbdə - həm Amerikada həm də bir sıra Avropada siyasi dairələrində, o cümlədən, bəzi qərəzli beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana təzyiq etmək istəyirlər. Təbii ki, Azərbaycannın az müddətdə sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə tanınması və beynəlxalq aləmin Azərbaycana münasibəti bu mənada düşmənlərimizi narahat edir. Hətta o istiqamətlərdə artıq təzyiqlərə başlayıblar da. Lakin, mən hesab edirəm ki, təzyiqlər, yaxud da təızyiqlərə cəhdlər bu hansısa bir dövləti administrasiyasının fikri olmaya bilər. Daha dəqiq desək, burada müəyyən qruplar var və onların hər hansı bir dövlət, ya da dövlət qurumu adından fikir bildirmələri mümkün deyil.
Daha bir məqama diqqət yetirək. Bu gün Amerikanın bütövlükdə Azərbaycana qarşı hər hansı rəsmi mövqeyinin olduğunu iddia edən tərəflər tamamilə yanılırlar. Çünki Amerika ilə Azərbaycan arasında kifayət qədər əməkdaşlıq mühiti mövcuddur və burada da qrup maraqlarının olması həmin əməkdaşlığa kölgə salmağa cəhd kimi qiyməyləndirilməlidir. Bütövlükdə isə ABŞ-da Azərbaycan haqqında müsbət fikirlər kifayət qədər çoxdur. Məsələn,Amerikanın bir çox televiziya kanallarında təbliğat xarakteri olaraq, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları və adət-ənənələrimiz, haqqında bir proqram hazırlanmışdı və çox gözəl də işıqlandırıımışdı. Məhz buna görə də düşünürəm ki, bu artıq dövlət administrasiya münasibəti deyil, bayaq da qeyd etdiyim kimi, aranı qarışdırmaq istəyən dəstələrin təzyiqi, münasibətidir.
- Bu təzyiqlər içində biz Azərbaycanda söz azadlığının, vətəndaş cəmiyyətlərinə qarşı təzyiqlərin, eyni zamanda siyasi məhbus məsələləri haqqında daha çox ifadələr eşidirik. Məsələn, bir müddət öncə Avrop Parlamenti qondarma erməni soyqırımının tanınması barədə qətnamə qəbul etmişdi. Bu günlərdə isə Avropa Oyunları ilə bağlı qərəzli bəyanat yayıb. Burada həm də islamofobiya faktorunun olması nə qədər mümkündür?
- Bilirsiniz, bu, artıq bir göstəricidir. Sual yaranır ki, axı Ermənistan kimi, iqtisadi böhran vəziyyətində olan, əhalisi get-gedə azalan bir ölkənin arxasında niyə bu qədər durmaq məcburiyyətində qalırlar? Nə səbəblə Azərbaycanın bu qədər inkişafını görmək istəmirlər? Əgər birtərəfli yanaşmadırsa, niyə məhz Azərbaycanda baş vermiş, tarixin dünənində olmuş Xocalı soyqrımını görməzlikdən gəlib, sübut olunmamış və Ermənistan arxivləri açılmadan yüz il bundan əvvəl baş vermiş hadisəni tanıyırlar? Bu ona görə bir göstəricidir ki, məhz ermənilərin maddi köməkləri nəticəsində, milyonları nəticəsində bu bəyanatlar verilir.
Burada islamafobiya amilinin də dayanması şübhəsizdir. Çünki belə olmasaydı, ən azından həmin dairələr reallıq, doğruluq, ədalət prinsipindən çıxış edərdilər. Amma nə görürük? Ədalətsizlik, qərəz, şantaj və süni sabotaj halları. Bilirsiniz, Azərbaycan artıq o qədər güclü bir dövlətə çevrilib ki, hətta erməni lobbisinin əleyhimizə xərclədiyi milyardlarla vəsait belə, bu gücün qarşısında tab gətirə bilmir. Bilməyəcək də. Azərbaycana qarşı təzyiq dili ilə danışan qüvvələr də bunu yaxşı bilirlər. Sadəcə, həm onlar, həm də sapı özümüzdən olan baltalar pul-para müqabilində öhdəçilik götürüblər. Lain həmin öhdəçiliklərinin öhdəsindən gələ bilmirlər. Səbəbi isə sadə və bəsitdir. Azərbaycan xalqı, ictimai rəyi bu tipli oyunbazların oynadıqları oyunlara inanmır, onları dəstəkləmir. Necə ki, illər boyu da dəstəkləməyib!
-Sizcə, həmin dairələrin və onların buradakı emissarlarının iddia etdikləri kimi, Azərbaycanda siyasi baxışına görə həbs olunanlar varmı?
- Mən o istiqamətdə qəti tərəfdarıyam ki, Azərbaycanda cinayətə görə cəza verilir. Azərbaycanda siyasi baxışlarına görə heç kəsə cəza verilmir.Azərbaycan demokratik ölkədir. Hər kəs istədiyini danışa bilir, söz azadlığı var, mətbuat azadlığı var.
Bugünlərdə bəzi biznes sahiblərinin həbs olunmaları da sübut edir ki, Azərbaycanda kimsə siyasi baxışlarına görə tutulmur. Kimin əməlində cinayət tərkibi varsa, o dövlətin qanunları qarşısında cavabdeh olmalıdır. Məsələn, bəziləri insanların taleyi ilə oynayaraq, insanları aldadıb adlarına banklardan milyardlarla pul götürərək ödəmirlər. Bu cinayətdir və nəyə görə cinayət olmasında izaha ehtiyacı olduğunu da düşünmürəm. Məhz bunun üçün mən belə başa düşürəm ki, "siyasi mçəhbus" məsələsi bizi istəməyən qüvvələrin dünyaya çıxartmaq istədikləri bir görüntüdür. Son proseslər isə onlara sərt cavabdır ki, Azərbaycan dövləti üçün hansı vəzifə sahibi olmasından asılı olmayaraq cinayət törədən həbs olunmalıdır.
Ölkə başçımız, cənab Prezident İlham Əliyev də öz çıxışında vurğulayıb ki, hər kəs öz işinə təmiz yanaşmalı, qanunları pozmamalıdır. Məgər bundan artıq izaha ehtiyac varmı? Möhtərəm dövlət başçımız da burada hər şeyi tam dəqiqliyi ilə izah edib.
- İradə xanım, Sizeyni zamanda Vətəndaş Cəmiyyətinin üzvü kimi siz müəyyən layihələr çərçivəsində xarici səfərlər də reallaşdırırsınız. Bu səfərlərinizdə Avropa Oyunları ilə bağlı həmin ölkələrdə hansı təəssüratları görmüsünüz, hansı təbliğatları aparmısınız?
- Bu yaxınlarda - fevral ayından may ayına qədər Türkiyənin 3 universitetində konferanslar keçirmişik. Birinci konferansımız Türk dünyası, erməni yalanları və Xocalı Soyqrımı ilə bağlı idi. Türkiyənin Kahramanmaraş Südçü İmam universiteti, Malatya İnönü universiteti və Kayseri şəhərində Ege universitetlərində böyük konferanslar keçirdik. Biz o universitetlərə ona görə getdik ki, Türkiyənin mərkəzlərindən qıraqlarda olan universitetlərində də dünyanın hər yerindən gələn tələbələr oxuyur və biz öz həqiqətlərimizi orada oxuyan xarici tələbələr ilə dünyaya çatdırmaq istədik.Düşünürəm ki, biz yetərli nəticə aldıq cünki bir çox tələbə bizə yaxınlaçaraq Azərbaycanda baş verən bu hadisələri, Azərbaycana aid olan tarixin bu hissələrini bilmədiklərini ifadə etdilər. Biz də öz növbəmizdə öz təbliğatımızı quraraq, əlimizdən gələni əsirgəmirik.
Bundan əlavə, çox böyük ruh yüksəkliyi ilə Azərbaycanda keçiriləcək I Avropa Oyunları haqqında da danışdıq. Azərbaycan artıq birinci dəfə deyil ki, Beynəlxalq tədbirlərə qucaq açır, Beynəlxalq tədbirləri yüksək səviyyədə keçirmək imkanını bildiyindən, bu imkanları dünyaya açır və Beynəlxalq aləm də bundan istifadə etmək qərarına gəlir. Bu da Azərbaycanın gücü və qüvvəsidir. Bu, Ulu Öndər Heydər Əliyev siyasətinin cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu nəticələridir və bu uğurlar gələcəkdə də davam etdiriləcək.
Mən son olaraq, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, dəyərli millət vəkilimiz, I Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın da fəaliyyətinə toxunaraq demək istərdim ki, Onun gördüyü işlər həqiqətən də çox qürurverici və nəhəngdir. Bu işlərdə Onun müavini, Fondun Rusiya üzrə rəhbbəri Leyla xanım Əliyevanın da göstərdiyi fəaliyyət fərəhdoğurucudur. Mən bir daha Azərbaycanda baş tutacaq möhtəşəm idman hadisəsi ilə bağlı hər bir vətəndaşımızı, hər bir soydaşımızı təbrik edir, əlbəttə ki, Oyunlarda iştirak edəcək idmançılarımıza uğurlar, qələbə arzulayıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB