Daşkəsən rayonuna “Xatirə medalı” təqdim olundu

Daşkəsən rayonuna “Xatirə medalı” təqdim olundu

Bakı -2015 ilk Avropa Oyunlarının məşəli Gəncə şəhərində keçirilən möhtəşəm festivaldan sonra Daşkəsən rayonuna gətirildi. Daşkəsən şəhərinin giriş qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub. SİA-nın məlumatına görə, Heydər Əliyev prospekti boyunca 6000-dən çox rayon sakini yürüş iştirakçılarını böyük coşqu və məhəbbətlə qarşılayıblar.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevayanın, Avropa Oyunları komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də 150 artıq qonağın iştirak etdiyi Atəşgah məbədində Birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Rayonda İlk Avropa Oyunlarının məşəlinin qarşılanmasının yüksək səviyyədə təşkilinə və keçirilən tədbirin möhtəşəmliyinə görə təşkilat komitəsi tərəfindən "Xatirə medalı" Daşkəsən rayonuna təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə