Məktəblilər Laçının işğalını belə andılar

Məktəblilər Laçının işğalını belə andılar

Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib. Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə əvvəlcə məktəblilərin iştirakı ilə fləşmob göstərilib.

Mərasimdə çıxış edənlər Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb, erməni faşizminin xalqımıza qarşı törətdiklərini insanlığa sığmayan vəhşilik adlandırıblar. İyirmi üç illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, ata-baba yurdlarını bir an belə unutmadıqlarını deyən laçınlılar dövlətimizin başçısı İlham Əliyevin münaqişənin həlli ilə bağlı apardığı siyasəti dəstəklədiklərini bildirib, tezliklə işğal altında olan torpaqlarımızın, o cümlədən Laçın rayonunun azad ediləcəyinə əminliklərini ifadə ediblər.

Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə