Şəki şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə ARGTMŞ-ın üzvü olan, bu şəhərdə fəaliyyət göstərən "Yaddaş" Maarifçi Gənclər İctimai Birliyi tərəfindən Şəki şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "Azərbaycan Gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramı ilə bağlı ictimai müzakirə keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, ARGTMŞ-ın üzvü olan "Yaddaş" Maarifçi Gənclər İctimai Birliyinin sədri İlqar İlyaslı, təşkilatın fəalları və Şəki şəhərinin ali təhsil müəssələrinin tələbələri iştirak edib.
ARGTMŞ-ın təşəbbüsü ilə silsilə şəkildə təşkil olunan ictimai müzakirələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"-na əsasən 2016-2020-ci illəri əhatə edən Proqramına təkliflərin toplanılması məqsədilə həyata keçirilir.
Müzakirələr zamanı "Azərbaycan Gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramında nəzərdə tutulan istiqamətlər üzrə müzakirələr aparılıb və təkliflər sənləndirilib. İctimai müzakirənin sonunda "Azərbaycan Gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramı üçün səsləndirilən və müzakirə olunan təkliflərdən ibarət paket tərtib olunub. ARGTMŞ-ın təşəbbüsü ilə "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramı ilə bağlı ictimai müzakirələr zamanı səsləndirilən təkliflər toplanaraq sistemləşdiriləcək və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB