Milli Qəhrəmanın xatirəsi yad edilib

Milli Qəhrəmanın xatirəsi yad edilib

Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayevin əziz xatirəsi bir vaxtlar təhsil aldığı və adının verildiyi Ağcabədi rayonunun Yuxarı Avşar kənd orta məktəbində anılıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, anım mərasimində çıxış edənlər onun öyüş yolundan danışıblar.

Bildiriblər ki, Namiq Abdullayev 10 may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olub.1991-ci ildə Avşar kənd orta məktəbini bitirib, 1992-ci ilin dekabr ayında cəbhəyə yollanıb. 1993-cü il fevralın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ermənilərin bir neçə texnikasını və xeyli canlı qüvvəsini məhv edərək qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Tədbirdə Azərbaycanın bütövlüyü uğurunda həyatını fəda verərək şəhidlik zirvəsinə ucalan Namiq Abdullayevin timsalında şəhidlərimizin cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək olduğunu bildiriblər.

Qeyd edək ki, mərasimə Milli Qəhrəmanın adını daşıyan orta məktəbin şagirdlərinin söylədikləri şerlərlə yekun vurulub.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə