Bu ilin birinci rübü ərzində Azərbaycanda 38,4 min körpə dünyaya göz açıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 2015-ci il aprelin 1-nə olan məlumata əsasən, əhalinin hər 1000 nəfər hesabı ilə bu göstərici 16,4-dir. Doğulan körpələrin 53,6 faizi oğlanlar, 46,4 faizini qızlar təşkil edib. Körpələrin 706-sı əkiz, 18-i üçəm doğulub.
Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 13,6 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4-dən 5,8-ə qədər azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB