SAM-ın nümayəndə heyəti Brüsselə səfər edəcək

SAM-ın nümayəndə heyəti Brüsselə səfər edəcək

Stareteji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Brüsselə səfər edəcək. Mərkəzdən SİA-ya verilən xəbərə görə, 17-20 may 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Belçika Krallığına səfər edəcək.

Nümayəndə heyətinin tərkibinə SAM-ın direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti Eqmont Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunda görüş keçirməklə yanaşı, Avropa Siyasət Mərkəzində təşkil ediləcək (EPC) "Cənubi Qafqaz - inteqrasiya və fraqmentləşmə arasında" adlı kitabın təqdimat mərasiminə qatılacaq.

EPC-nin baş elmi işçisi Amanda Polun moderatorluğu ilə keçiriləcək bu tədbirdə SAM-ın əməkdaşları Gülşən Paşayeva və Cavid Vəliyev, Tartu Universitetinin professoru Andrey Makarıçev və Birləşmiş Krallığın Link təşkilatının direktoru Denis Sammut məruzə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə