160 çoxmərtəbəli binaya qaz verildi

160 çoxmərtəbəli binaya qaz verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi bu il Azərbaycanda 160 çoxmərtəbəli binaya təbii qaz verib. SOCAR-dan SİA-ya verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, "Azəriqaz" bu ilin yanvar-aprel aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 160 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 3 325 ailə yaşayır.

Ümumiyyətlə, "Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasında maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə