"Respublikada ərzaq təminatını yerli istehsallar hesabına yaxşılaşdırmaq üçün ölkədə iri fermer təsərrüfatları yaradılıb". SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin mətbuata açıqlamasında bildirib.
Fondunun icraçı direktoru qeyd edib ki, bu məqsədlə dövlətin ayırdığı güzəştli kreditlər hesabına 15 sahibkarlıq subyekti tərəfindən 19 iri fermer təsərrüfatı yaradılıb: "12 rayonda yaradılan fermer təsərrüfatları 30 min hektar ərazini əhatə edir. Bu təsərrüfatlarda qarğıdalı, pambıq və taxıl bitkilərinin becərilməsi nəzərdə tutulub".
Qeyd edək ki, bölgələrdə iri təsərrüfatın yaradılmasına görə, dövlət tərəfindən sahibkarlara 51.8 milyon manat vəsait ayrılıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB