92 sahibkara güzəştli kredit verilib

92 sahibkara güzəştli kredit verilib

İqtisadiyyat və Sənaye Nazirliyinin SKMF Beyləqan rayon Aşıqlı kəndində sahibkarlığa güzəştli kreditlər verilməsinə dair işgüzar forumu keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlığa güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat vermək olub.

Tədbirdə çıxış edən SKMF icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 2100-ə yaxın sahibkara 73.8 milyon manat güzəştli kredit verilib: "Bu kreditlər hesabına ölkədə 5100 yeni iş yeri açılıb. Bugünkü tədbirdə 92 sahibkara 2,8 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, quşçuluq sahələrinin inkişafına yönəldiləcək".

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə