Mayın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, sabah havanın temperaturu gecə 10-14, gündüz 21-26 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB