3 ayda 3 min boşanma halı qeydə alınıb

3 ayda 3 min boşanma halı qeydə alınıb

2015-ci il aprel ayının 1-i vəziyyətinə rəsmi orqanlar tərəfindən 17 min nikah və 3 min boşanma halları qeydə alınıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,3, boşanmaların sayı isə 1,3 olub.

Qeyd edək ki, cari ilin yanvar-mart ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 545 nəfər gələn və 181 nəfər ölkədən gedən qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə