Nəqliyyat Nazirliyində nazir müavini Musa Pənahovun sədrliyi ilə Daxili İşlər Nazirliyi, Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Metropoliteni, "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Nəqliyyat Departamenti və Nəqliyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin və tabeli qurumlarının iştirakı ilə I Avropa oyunlarına hazırlıqla bağlı geniş tərkibli müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir müavini Musa Pənahov I Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə görülən işlər, Nəqliyyat Nazirliyi üzrə müəyyən edilmiş vəzifə və funksiyaların həyata keçirilməsi istiqamətində nazirliyin struktur bölmələri və tabeli qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.
Müşavirədə, həmçinin, I Avropa Oyunları ərəfəsində digər müvafiq dövlət qurumlarının gördüyü işlərdən danışılıb, görülmüş konkret işlər barədə aidiyyəti üzrə hesabatlar dinlənilib, son hazırlıq işləri və oyunlar müddətində nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat əməliyyatlarının koordinasiyası və digər təşkilati məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB