Gəncə şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Azərbaycan Gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramı ilə bağlı ictimai müzakirə təşkil olunub. SİA-nın məlumatına görə, tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və ARGTMŞ-ın Baş Katibi Seymur Hüseynov ARGTMŞ-ın üzvü olan "Gələcəyə Körpü", "Odlar Yurdu", "Gənc Liderlər" Təhsil, Təlim və İnkişaf İctimai Birlikləri eləcə də, "Gənc Dost" Gənclər İctimai Birliyinin fəalları və Gəncə şəhərinin ali təhsil müəssələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının nümayəndələri ilə görüşüblər.
ARGTMŞ-ın təşəbbüsü ilə silsilə şəkildə təşkil olunan ictimai müzakirələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"na əsasən 2016-2020-ci illəri əhatə edən "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramının müzakirəsi və Dövlət Proqramına təkliflərin toplanılması məqsədilə həyata keçirilir.
İctimai müzakirədə iştirak edən ARGTMŞ-ın Baş Katibi Seymur Hüseynov qeyd edib ki, "Gəncə şəhərinin 2016-ci il üzrə Avropa Gənclər Paytaxtı olduğunu nəzərə alaraq, bu şəhərdə yaşayan gənclərdən Gənclər Dövlət Proqramına Avropa Gənclər Paytaxtı ilə bağlı mühüm təkliflərin verilməsini gözləyirik." Həmçinin, Seymur Hüseynov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"na əsasən 2016-2020-ci illəri əhatə edən "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramı gənclər üçün əhəmiyyətindən danışıb.
Görüş zamanı iştirakçılar tərəfindən Dövlət Proqramının "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"-ın müvafiq maddələr üzrə müzakirələr aparılıb və "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına təkliflər səsləndirilib. ARGTMŞ-ın təşəbbüsü ilə "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına təkliflərin toplanılması ilə bağlı silsilə tədbirlər davam edir. İctimai müzakirələr zamanı səsləndirilən təkliflər toplanaraq sistemləşdiriləcək və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB