"Avrasiyada biomüxtəliflik” mövzusunda simpozium keçiriləcək

"Avrasiyada biomüxtəliflik” mövzusunda simpozium keçiriləcək

İyun ayının 1-dən 5-dək AMEA-nın Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsilvə Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə AMEA Dendrologiya İnstitutunda "SEAB – 2015, Avrasiyada biomüxtəliflik" mövzusunda beynəlxalq simpozium keçiriləcək. AMEA-nın Dendrologiya İnstitutundan SİA-ya verilən xəbərə görə, beynəlxalq simpoziumun keçirilməsinin əsas məqsədi bu ölkələrin bioloq, ekoloq, vətəndaş cəmiyyət iqruplarının, yerli və xarici cəmiyyət icmalarının Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti, biomüxtəlif irsinin qorunması problemlərinin həlli yolları müzakirə ediləcəkdir. Konfransda 100-dən çox elmi əməkdaş təqdimatla çıxış edəcək.

Seçilmiş mövzular impact faktorlu IJSM jurnalında Avrasiyada biomüxtəliflik simpoziumu adı altında dərc ediləcək.

Konfrans çərçivəsində muzeylərə, Dendroloji parka, Mərkəzi Nəbatat bağına, Qubaya səyahətlərin təşkili nəzərdə tutulur.

Növbəti illərdə simpoziumların müvafiq olaraqTürkiyə, Belarus, Qazaxıstan, Rusiya və digər ölkələrdə keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə