“Bakı-2015”ə gələnləri nələr gözləyir?

“Bakı-2015”ə gələnləri nələr gözləyir?

Azərbaycanda baş tutacaq "Bakı-2015" ilk Avropa Oyunları zamanı Azərbaycana gələn xarici turistlərin üz tutacağı əsas məkanlar otellər olacaq. Belə ki, turistlər Bakının görməli yerlərindən biri olan "Park Inn by Radisson Azerbaijan" otelinə gələcəklər. Sözügedən otelin Satış və Marketinq direktoru Arzu Axundova SİA-ya açıqlaması zamanı mehmanxanalarında hələ də turistləri qarşılamağa boş yerlər olduğunu deyib: " "Bakı 2015" Avropa Oyunları üçün otelimizdə ciddi hazırlıq işləri gedir. Turistlərimiz mehmanxanamızdan olduqca razı qalacaqlar. Onlar otelimizdə təşkil olunan beynəlxalq və milli mətbəximizlə tanış olacaqlar. Qonaqlarımız otelimizin 11-ci mərtəbəsində yerləşən barda axşam saatlarında əylənə bilərlər. Əcnəbi və yerli insanları qarşılamaq üçün hələ də otelimizdə boş yerlər var".

Bütün xəbərlər Facebook səhifəmizdə