Mingəçevirdə qaz olmayacaq DİQQƏT

Mingəçevirdə qaz olmayacaq DİQQƏT

Mingəçevir şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, texnoloji rejim üzrə təzyiqin stabil saxlanılması məqsədilə şəhərin sağ sahil və sol sahil qəsəbələrini təbii qazla təmin edən diametri 273 mm orta təzyiqli qaz kəməri üzərində 2-ədəd qaz tənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar bu gün saat 9:00-dan 18:00-dək Mingəçevir şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə