Türkiyə 44-cü yerə yüksəlib

Ən yaxşı turistik ölkələr sırasında
Türkiyə 44-cü yerə yüksəlib

Türkiyə turizm və səyahətlər sektorunun rəqabətqabiliyyətlilik reytinqində 44-cü pilləyə yüksəlib. Bu nəticə Dünya İqtisadi Forumunun hazırladığı "World Economic Forum’s 2015 Travel and Tourism Competitiveness Index" hesabatında əksini tapıb. Anadolu informasiya agentliyi xəbər verir ki, hesabatda 141 ölkənin 4 əsas meyar – ekoloji faktor, səyahət və turizm siyasəti, infrastruktur, təbii və mədəni resurslar, ümumilikdə isə 93 amil üzrə müqayisəsi aparılıb.

Siyahıya İspaniya başçılıq edir. İlk beşliyə, həmçinin Fransa, Almaniya, ABŞ və Böyük Britaniya daxildir.

Türkiyə reytinqdə Rusiya, Bolqarıstan, Cənubi Afrika Respublikası, Tunis və Misir kimi ölkələri qabaqlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə