"Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının şərəf və ləyaqəti, Azərbaycan xalqının müstəqilliyi deməkdir. Biz Heydər Əliyevi bu cür tanımışıq. Ona məhəbbət, sevgi hər zaman bizim qəlibimizdədir". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimov deyib.
Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı dövlətimizin müstəqilliyi, ölkənin inkişafı, respublikadakı stabillik üçün dahi öndərə borcludur: "Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün etdiklərinə görə, özünü azərbaycanlı hesab edən hər kəs ona minnətdar olmalıdır. Ulu Öndərimiz Azərbaycanı anarxiyadan xilas edib, ölkədə sabitlik yaradıb, vətəndaş qarşıdurmasından xilas edib. Azərbaycanın müstəqilliyi güclü təməllər üzərində quruldu və bu gün də, müstəqil dövlət olaraq öz xoşbəxtliyini Heydər Əliyevin səyi və əməyi nəticəsində yaşayır. Ulu Öndər tarixin ən böyük Azərbaycanlısıdır".
N.Kərimov bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev özündən sonra da Azərbaycanın çiçəklənməsi üçün uzaqgörən fikirlər düşüncələr, strategiyalar irs qoyub. Məhz onun nəticəsidir ki, bu gün prezident İlham Əliyev dahi öndərin siyasi məktəbini tam mənimsəyib və biz də onun ətrafında yumuruq kimi birləşmişik: "Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti, verdiyi qərarları ümumxalq maraqlarına xidmət edən siyasətdir ki, bu gün də uğurla həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB