Sel təhlükəsinə qarşı tədbirlərə başlanılıb FOTO

Sel təhlükəsinə qarşı tədbirlərə başlanılıb FOTO

Yağmurlu hava özü ilə bir sıra problemlər də gətirib. Daha dəqiq desək indi çaylarda vəziyyət təhlükəli hal alıb. İndi əsas məsələ baş verə biləcək sel və daşqınların qarşısnı almaqdır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, qabaqlayıcı tədbirlər çərçivəsində ən mühüm məsələ bəndlərin qurulması və çay yataqlarının təmizlənməsidir ki, bu istiqamətdə də işlərə start verilib. Samux rayonunda bununla bağlı artıq aidiyyəti qurumlar gücləndirilən iş rejiminə keçib. Rayonun ən iri qəsəbəsi olan Qarayeri ərazisində Quşqara çayında gündəlik bəndsalma işləri həyata keçirilir. Bundan əlavə, çay yatağı dərinləşdirilir. Analoji tədbirlər rayon ərazisindən keçən bütün çaylarda aparılır. Kür çayının Samuxun kəndlərindən, eləcə də Gəncə çayının rayon ərazisindən keçən hissələrində bəndsalma işləri davam etdirilir.

Qeyd edək ki, bir müddət öncə Samuxun Qırmızı Samux, Burunqovaq və bir sıra digər yaşayış məntəqələrində sel suları ciddi fəsadlar yaratmışdı.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə