Gəncə şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2015-ci il üçün kurort və sanatoriyalarda müalicə almaq məqsədilə müxtəlif kateqoriyalardan olan 74 nəfər imtiyazlı şəxs növbədədir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu ilin 5 ayı ərzində 15 nəfər Naftalan şəhərində müxtəlif müalicə mərkəzlərinə göndərilib. Bu ay isə növbədə olan daha 4 nəfərə göndəriş verilib. İlin sonuna kimi vətəndaşların göndərişlərlə tam təmin olunması həyata keçiriləcək.
Qeyd edək ki, bu il üçün avtomobil növbəsinə olan əlil və müharibə veteranlarına nəqliyyat vasitəsinin verilməsi də nəzərdə tutulur.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB